Ulyaa

Ulyaa Sağlamlıq 10-07-2026, 09:00

Topa başla vurmaq beyində dəyişiklik yaradır

Topa başla vurmaq beyində dəyişiklik yaradır

Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir.

Loading.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl və dərhal sonra qan analizləri götürülüb.

Məlum olub ki, oyun zamanı topa başla zərbə vuranların qanında kəllə-beyin travması göstəricisi olan S100B və Altsheymer xəstəliyinin əsas biomarkeri hesab edilən p-tau217 zülallarının səviyyəsi kəskin yüksəlir. Üstəlik, zərbələrin sayı və gücü artdıqca, bu zülalların qandakı miqdarı daha da çoxalıb. Xüsusilə topa iki və daha çox dəfə başla vuranlarda bu artım daha nəzərəçarpan olub.

Bununla belə, alimlər qan göstəricilərinin 1-2 gün sonra yenidən normaya qayıtdığını bildiriblər. Bu qısamüddətli dəyişikliklərin gələcəkdə ciddi beyin xəstəliklərinə səbəb olub-olmadığı hələlik tam sübut edilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
39 46 42 32 50 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.