Boşan ay qız bu gedişnən düşəcəksən pis hala
Üç uşağ var aliment al yetəcəksən vüsala
Vaxt ayırmır sənə bir gün, elə hər gün çalışır
Cibində yoxdu pulu hey gələcəkdən danışır
Hara getsən nəsə alsan nə geyinsən qarışır
Nə qədər dözməlisən evdə bu cür qalmaqala
Boşan ay qız bu gedişnən düşəcəksən pis hala
Boşan ay qız
Tiktokda canlı açarsan tanınarsan adnan
Gedəcəksən qabağa sən bu cürs hala istedadnan
Sənə əl gəzdirərik biz estetiknən zadnan
Qoyma ər dediyin adam səni qəmgin halə sala
O çöldə keyf edəcək sən görəcəksən ev işi?
Bosan ay giz
Canı çıxsın, betər olsun aliment versin əşşi
Uzağı dörd beş aya tapacağsan pullu kişi
Batacaq barmağın axırda sənin yağla bala
Boşan ay qız bu gedişnən düşəcəksən pis hala
O qədər hüquqşunas var ki bu işlərdə fəal
Boşan ay qız sənə lazımdı məgər ailə halal?
Kim əgər boşanmağla bağlı bizə versə sual
Deyərik narkomandı gündə oturmuşdu mala
Boşan ay qız bu gedişnən düşəcəksən pis hala
Əziyyət çəkmə daha sən yeməyinə çayına görə Boşan ay qız
Sevəndə seçim edəsən bürcə görə ayına görə bu gedişnən
O səbəbdən birinciyik boşanma sayına görə
is hala.
Sən də ver məhkəməyə,dur tərpən qalma dala
Boşan ay qız bu gedişnən düşəcəksən pis hala







