cabir

cabir Programlar 16-08-2026, 14:00

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb.          Loading.Az      

Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər.                 

Senatorlar "Roblox" platformasında yetkin istifadəçilərin uşaqlarla tanış olduqdan sonra onlara qarşı ciddi zorakılıq törətdiyi və zərər verdiyi bir neçə hadisəni xatırladıblar.

"Roblox" uşaqlarımızın təhlükəsizliyi və rifahından daha çox gəlirə və aktivlik göstəricilərinə üstünlük verir. Platformada ehtimal olunan cinayət fəaliyyəti Konqres tərəfindən araşdırılmalıdır", - deyə senatorlar bildiriblər.

                                 

                                      

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
39 42 49 73 42 63

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.