ABŞ Ukrayna təcrübəsindən sonra PUA strategiyasını yenidən nəzərdən keçirir
ABŞ Ukraynadakı münaqişə təcrübəsi fonunda pilotsuz uçuş aparatlarının (PUA) döyüşdə istifadə modelini yenidən nəzərdən keçirmək məcburiyyətində qalır. Loading.Az xəbər verir ki, bu qiymətləndirməni Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunun (IMWES) direktor müavini Nikolay Novik Lenta.ru-ya müsahibəsində səsləndirib.
"Ukrayna təcrübəsi Pentaqonun müasir müharibə taktikası ilə bağlı anlayışını dəyişir. ABŞ-ın İraq və Əfqanıstanda PUA-lardan istifadə sahəsində geniş təcrübəsi var. Lakin həmin ölkələrdə ABŞ böyük hava üstünlüyünə malik idi", - deyə ekspert vurğulayıb.






