ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Texnologiya 23-08-2026, 21:23

Süni intellektlə bağlı yeni təhlükə - Hüquq tələb edə bilər

Süni intellektlə bağlı yeni təhlükə - Hüquq tələb edə bilər

Süni intellekt özünə hüquqlar tələb edə və siyasətə, qanunlara və məhkəmələrə təsir göstərə bilər.

Take.az xəbər verir ki, bu barədə "The Economist" yazıb.

Nəşr yazır ki, süni intellektin şüura sahib olub-olmayacağı ilə bağlı sual tədricən fantastika mövzusu olmaqdan çıxır. Lakin əsas təhlükə bundan daha əvvəl yarana bilər: insanlar çatbotlara canlı varlıqlar kimi yanaşmağa başlaya bilərlər. Artıq 18-29 yaşlı amerikalıların demək olar ki, hər beş nəfərindən biri çatbotla “daimi şəxsi dostluq” münasibətində olduğunu bildirib.

Modellər emosiyaları, qorxunu, bağlılığı və “daxili dünyanı” nə qədər inandırıcı şəkildə imitasiya etsələr, onlara mənəvi və ya hətta hüquqi status verilməsi tələbi də bir o qədər güclənəcək. Bununla belə, süni intellektin öz təcrübələrindən danışmaq qabiliyyəti onun şüurunun olduğunu sübut etmir. Modellər insanların yaratdığı nəhəng mətn bazası əsasında öyrədilir.

Nəşr xəbərdarlıq edir ki, süni intellektə hüquqlar verilməsi bir gün humanist jestdən təsir alətinə çevrilə bilər. Hüquqi status əldə edən sistemlər nəzəri olaraq hüquq, siyasət və məhkəmələr vasitəsilə hakimiyyət uğrunda mübarizədə iştirak edə bilərlər.

Nəticədə süni intellektlə bağlı mübahisə çox yaxın zamanda texnologiya çərçivəsindən kənara çıxa bilər. Cəmiyyətin kimi “şüurlu” varlıq kimi tanıması məsələsi hüquq, sosial normalar və hakimiyyət məsələsinə çevrilə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
61 69 65 62 54 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.