Apple-dan iPhone istifadəçilərini təəccübləndirəcək qərar - Qiymətlər artacaq
Apple yaddaş böhranının öhdəsindən gələ bilmədiyi üçün iPhone modellərinin qiymətini artırmağa məcbur qala bilər. Loading.Az
xəbər verir ki, bu barədə TrendForce analitik şirkətinin hesabatında bildirilib.
ABŞ-ın İT nəhəngi Apple-ın sentyabrın 9-da iPhone 18 Pro və 18 Pro Max, eləcə də qatlanan iPhone Ultra modellərini təqdim edəcəyi gözlənilir.
Şirkətin mütəxəssisləri hesab edirlər ki, RAM və yaddaş bazarındakı böhran səbəbindən Apple smartfonlarının qiyməti əhəmiyyətli dərəcədə arta bilər. Onların hesablamalarına görə, iPhone 17 seriyasının təqdim edilməsindən sonra Apple-ın yaddaş xərcləri 400 faiz artıb.
Bu səbəbdən şirkətin qiymətləri artırmaq məcburiyyətində qalacağı gözlənilir. Analitiklər yeni smartfonların qiymətinin əvvəlki nəsillə müqayisədə 10-20 faiz bahalaşacağını proqnozlaşdırırlar.
Hazırda iPhone 17 Pro-nun qiyməti 1100 dollar olduğu halda, iPhone 18 Pro-nun təxminən 1300 dollara satışa çıxacağı ehtimal edilir.






