Zelenskinin ofisində gözlənilməz əməliyyat - NABU axtarış keçirir
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Vladimir Zelenskinin ofisində axtarış aparıb. Loading.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.
Deputat bildirib ki, "NABU prezidentin ofisində istintaq hərəkətləri aparır".
Qonçarenko hadisə ilə bağlı əlavə məlumat verməyib. Zelenskinin ofisində axtarışın kimə və ya kimlərə qarşı aparıldığı da açıqlanmayıb.






