ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 23-09-2026, 13:03

Tanınmış atlet həbs edildi - GÖRÜNTÜ

Tanınmış atlet həbs edildi - GÖRÜNTÜ

Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəməkdə ittiham edilən şəxs tutulub.

Duz.az-ın məlumatına görə, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

Tanınmış atlet həbs edildi - GÖRÜNTÜ

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 65 47 53 35 26

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.