ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Məşhurlar 24-09-2026, 22:40

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırmada yeni həbs qərarı verilib.

Loading.az xəbər verir ki, “Kurtlar vadisi” serialının ssenaristlərindən biri olan keçmiş polis əməkdaşı Bayram Özbek həbs edilib.

O, “silahlı terror təşkilatı qurmaq və ya idarə etmək” və “qəsdən adam öldürməyə təhrik etmək” ittihamları ilə Silivri Sülh Cəza Hakimliyinin qərarı əsasında cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada vəfatı ilə bağlı başladılan istintaq çərçivəsində daha əvvəl də bir sıra şübhəlilər barəsində hüquqi tədbirlər görülüb.

İstintaqın hadisənin bütün təfərrüatlarının ortaya çıxarılması məqsədilə davam etdirildiyi bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
82 65 72 71 59 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.