AzizA

AzizA İdman 24-09-2026, 18:30

Mbappe "Qızıl top"u pulla almaq niyyətindədir - İDDİA

Mbappe "Qızıl top"u pulla almaq niyyətindədir - İDDİA

Fransa millisinin keçmiş oyunçusu Jerom Roten bildirib ki, Kilian Mbappenin "Qızıl top" mükafatını qazanacağı təqdirdə onun nüfuzuna xələl gələcək.

Loading.az-ın xarici mediaya istinadən məlumatına görə, Jerom Roten Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin "Qızıl top"a namizədlər arasında ona səs vermək üçün təşviqat kampaniyasına münasibətini bildirib.

"Mbappe o lənətə gəlmiş "Qızıl top"u qazanmaq üçün səsləri almağa çalışır. Ən azından onun və ətrafının tammiqyaslı bir kampaniya apardığına dair təsdiqimiz var. Kilian Mbappenin "Qızıl top"u qazanması tamamilə vacibdir. Amma qulaq asın, əgər o, "Qızıl top"u qazanarsa, düşünürəm ki, demək olar ki, tək qalacaq", - Roten deyib.

2026-cı il "Qızıl top" mükafatlandırma mərasimi oktyabrın 26-sı keçiriləcək. Tədbir Londonda keçiriləcək. Bu, 70 illik yubiley mərasimi olacaq. Qalib FİFA reytinqində ilk 100-lüyü təmsil edən ölkələrdən 100 jurnalistin səsverməsi ilə müəyyən ediləcək.

Rotenin 48 yaşı var. O, 2013-cü ildə futboldan ayrılıb. O, Fransa millisində 13 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi "Kan", "Trua", PSJ, "Monako", "Bastiya", "Qlazqo Reyncers" və "Ankaragücü" kimi klublarda oynayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
82 45 63 56 85 86

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.