ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 5-10-2026, 14:58

Pulsuz metro da "Şamaxinka"dakı sıxlığın qarşısını ala bilmədi - GÖRÜNTÜ

Pulsuz metro da "Şamaxinka"dakı sıxlığın qarşısını ala bilmədi - GÖRÜNTÜ

"Şamaxinka"da bu gün səhər saatlarında ciddi nəqliyyat və sərnişin sıxlığı yaranıb.

Sərnişinərin Cin.az-a verdiyi məlumata görə, ərazidə avtobusların hərəkəti çətinləşib. Dayanacaqlarda çoxsaylı sərnişin toplanıb, avtobuslar isə dolu vəziyyətdə gəldiyindən sərnişinlərin nəqliyyata minməsi çətinləşib.

Qeyd edək ki, Şamaxinkada sərnişin sıxlığının azaldılması məqsədilə Avtovağzal və Xocəsən metro stansiyalarında girişin pulsuz olması ilə bağlı tədbir görülüb. Bununla sərnişinlərin alternativ metro stansiyalarından istifadəyə yönləndirilməsi və "Şamaxinka"dakı yükün azaldılması hədəflənib.

Lakin bu gün müşahidə olunan vəziyyət göstərir ki, görülən tədbirlərə baxmayaraq, "Şamaxinka"da sərnişin sıxlığı problemi hələ də qalmaqdadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
34 35 24 24 16 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.