ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 8-10-2026, 19:19

"Starlink"dən istifadəyə icazə verin, 2-3 aya Putin hər şeyi itirəcək

"Starlink"dən istifadəyə icazə verin, 2-3 aya Putin hər şeyi itirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarına müraciət edərək Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Kiyevə imkanların genişləndirilməsini tələb edib.

Sun.az xəbər verir ki, Ukrayna dövlət başçısı "Starlink" peyk internet sistemindən Rusiya ərazisində də istifadəyə icazə verilməsinin müharibənin gedişatını kökündən dəyişə biləcəyini vurğulayıb.

"Ukraynaya Rusiya Federasiyası ərazisində 'Starlink'dən istifadə etməyə icazə verin. Bundan 2–3 ay sonra Putin hər şeyi itirəcək və danışıqlar masasına oturacaq", - deyə Zelenski bildirib.

Ölkə rəhbəri, həmçinin Rusiyanın iqtisadi baxımdan tam təcrid olunmasının vacibliyini qeyd edib:

"Onların bütün iqtisadiyyatını bağlayın. Rusiyanın ağzını tikin. Öz satışlarınızla onları yemləməyin. Sadəcə, onların silahlarına sanksiya tətbiq edin".

Zelenski əlavə edib ki, yalnız bu cür qətiyyətli addımlar və iqtisadi təzyiqlər Moskvanı müharibəni dayandırmağa məcbur edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
33 67 28 36 40 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.