AzizA

AzizA Məşhurlar 10-10-2026, 13:30

Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri

Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri

Məşhurların səhnədə və kamera qarşısında qüsursuz görünməsinə baxmayaraq, onların gündəlik həyatda olduqca qəribə vərdişləri də var.

Bəzi dünya ulduzlarının özlərinin açıqladığı qeyri-adi vərdişlərini təqdim edirik:

Cessika Simpson müsahibələrinin birində dişlərini demək olar ki, fırçalamadığını etiraf edib. Müğənninin sözlərinə görə, o, bunun əvəzinə əsasən ağız yaxalayıcı vasitələrdən istifadə edir.

Ledi Qaqa isə Alan Karrla söhbəti zamanı qrim otağında bəzən tualet əvəzinə zibil qabından istifadə etdiyini açıqlayıb.

Metyu Makkonahi uzun illərdir qoltuaqaltı sprey istifadə etmədiyini gizlətmir. Aktyor, həmçinin üz və bədən üçün bəzi qulluq vasitələrini özü hazırladığını deyib.

Müğənni Lizzo da qolaltı spreydən istifadə etməməyi üstün tutan məşhurlar sırasındadır. O, bu məsələdə Makkonahinin yanaşmasını dəstəklədiyini bildirib.

Selena Qomesin həyat yoldaşı Benni Blanko isə saçları daim şampunla yumağın və hər dəfə saçqurudan fendən istifadə etməyin vacib olduğuna inanmadığını deyib.

Bredli Kuper də qolaltı sprey və ətirdən istifadə etmədiyini açıqlayan məşhurlardandır. Aktyor müsahibələrindən birində bədəninin özünü təmizlədiyini düşündüyünü söyləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 35 35 25 26 15

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.