"Arsenal" onu transfer edə bilər
Almaniyanın "Bayer" klubuna məxsus kamerunlu hücumçu Kristian Kofane İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqətini çəkib.
Loading.az xəbər verir ki, 20 yaşlı afrikalı forvardın xidmətində Londonun "Arsenal", eləcə də "Everton", "Aston Villa" və "Nyukasl" klubları maraqlıdır.
Kofanenin potensial transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Futbolçunun Leverkuzen təmsilçisi ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kristian cari mövsüm Bundesliqada dörd matç keçirib və iki dəfə rəqib qapısına yol tapıb.







