Musiqi sağlamlığa necə təsir edir?
Musiqinin təzyiqə təsiri açıqlanıb.
Loading.az xəbər verir ki, psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, musiqi insanın nəbzinə və arterial təzyiqinə təsir göstərə bilər.
Sürətli və yüksək səsli musiqi ürək döyüntüsünü sürətləndirərək təzyiqi qısa müddətə artıra bilər. Sakit və yavaş musiqi isə əksinə, rahatlamağa, nəbzi və təzyiqi müəyyən qədər azaltmağa kömək edir.
Mütəxəssis qeyd edib ki, gündə 15-30 dəqiqə rahatladıcı musiqi dinləmək stressi azaltmağa kömək edə bilər. Lakin musiqi hipertoniya müalicəsini əvəz etmir.







