İtirdin məni
Səni sevdiyimi sənə car çəkib
Sevincdən quş olub, uçaydım yenə
Qara tellərindən bir tumar çəkib
Öpüb yanağından, qaçaydım yenə
Necə itirdinsə son dəfə məni
Özüm də özümü tapa bilmirəm
Yaman bağlanmışam, sevirəm səni
Neyniyim ayrılıb,qopa bilmirəm
Misralar düzülür,səssiz-səmirsiz
Qələmim hönkürüb, ağlayır məni
Xəyallar tələsmir, mən çox səbirsiz
Sənli xatirələr saxlayır məni
Gecələr daha çox düşürsən yada
Gecələr dözülməz, gecələr çətin
Sən demə dərd ilə dolu dünyada
Dərdi dözülməzmiş, ilk məhəbbətin
Gündüzlər gözümdən düşdüyün kimi
Gecələr yadıma düşürsən mənim
İzn ver sağ ikən ölən sevgimi
Dəfn edim qəlbimdə, olsun son qəmim
Rəvan Məmmədli







