Timsah 8 yaşlı uşağı diri-diri yedi
Zimbabvedə dəhşətli hadisə yaşanıb.
BiG.AZ metbuat.az-a istinadən xəbər verir ki, çay kənarında yaşayan timsah 8 yaşlı uşağı diri-diri yeyib. Belə ki, uşaqları itən ailə axtarışa başlayıb. Sakinlər uşağı tapmadıqda, onu timsah yeyə biləcəyindən şübhələniblər. Heyvanın qarnını yardıqda isə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Uşaq ölü şəkildə timsahın qarnından çıxarılıb.






