_official_

_official_ Məsləhətlər 13-01-2018, 13:03

Körpələr niyə hər qidanı bəyənmir?

Körpələr niyə hər qidanı bəyənmir?
Körpələr niyə hər qidanı bəyənmir?


Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Milli.Az atv.az-a istinadən bildirir ki, bunu anlayan valideynin məqsədi sadəcə düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.

Körpələr hər dəfə bir qidanı yeməyi xoşlayır. Onlar bir gün yalnız meyvə, o biri gün isə yalnız tərəvəz yeyə bilərlər. Bu cür qidalanma vərdişləri körpənin əhval-ruhiyyəsinin dəyişkənliyi qədər normal olduğu üçün, körpənin bir gün yaxşı yeyib, o biri gün isə, demək olar ki, heç nə yeməməsi təəccüblü deyil. 1-3 yaşlı körpələrin gün ərzində 1000-1300 kaloriyə ehtiyacı var, lakin onlar heç də hər gün bu kalorini ödəyəcək qədər yemək yeməyə bilərlər. Ümumiyyətlə, körpələri gündəlik yox, həftəlik olaraq bəsləyici və balanslaşdırılmış şəkildə qidalandırmağa çalışmaq lazımdır.

Bu o demək deyil ki, valideynlər körpələrini yaxşı yeməyə təşviq etməməli və sağlam qida vərdişlərini inkişaf etdirməli deyillər. Uşaqları yeməyə həvəsləndirmək və yemək zamanı yaşanan çətinlikləri azaltmaq üçün 17 üsul sizə təqdim edirik:

1. Müxtəlif növ qidalar təklif edin. Körpələr çoxlu müxtəlif yeməklər dadmağı xoşlayır. Odur ki, niyə də onlara "isveç masası" təklif etməyəsiniz? Buz qabı, keks qabı və ya bölmələrə malik hər hansı digər qabdan istifadə edin və içərisinə rəngarəng və bəsləyici "barmaq qidaları" (barmaqla yeyilə bilən) qoyun. Bu barmaq qidalarına iki yaşlı uşağın xoşuna gələcək məzəli adlar qoyun, məsələn:

- Alma ayı (nazik doğranmış alma)
- Bananlı təkərlər
- Brokkoli ağacları (buxara verilmiş brokkoli çiçəkcikləri)
- Yerkökü xəncərləri (bişmiş və nazik doğranmış yerkökü)
- Pendir inşaat daşları
- Yumurtalı gəmilər (qaynanmış bərk yumurtanın ağı)
- Kiçik halqalar (halqaşəkilli yarma)

Qidanı, körpənin asanlıqla əli çata biləcəyi bir yerə yerləşdirin. Körpə evin içində gəzişdikcə, dayana, otura, bir balaca "atışdıra" və sonra yenə gəzintisinə davam edə bilər. Bu cür yeməklərin ömrü 1 və ya 2 saatdır.

Bəsləyici məsləhət: Yaxşı qidalanma - Yaxşı davranış. Uşağın davranışları, adətən onun qidalanma vərdişləri ilə parallel olur. Valideynlər adətən diqqət yetirir ki, uşağın davranışı səhərin və ya günortanın sonuna yaxın pisləşir. Aradakı əlaqəyə fikir verin: uşaqlar yeməksiz qaldıqca, onların davranışı daha da pisləşir. Yemək atışdırmaq, qanda şəkərin enib-qalxmasını və xoşagəlməz davranışları azaldır.

2. Körpələr həmçinin barmaq qidalarını müxtəlif mayeşəkilli ərzaqlara (souslara) batırıb yeyə bilərlər.Qidaları batırmaq üçün aşağıdakıları istifadə edə bilərsiniz:

- Kəsmik
- Süzmə
- Qatıq
- Xama
- Kəsmik-pendir
- Püre şəklinə salınmış meyvələr və ya tərəvəzlər

Bunları həm alma, armud və ya bibər dilimlərinin, həm də tost edilmiş çörək və ya digər qidaların üstünə yaxmaq olar.

3. Uşaqlar nəyisə sürtməyi, daha doğru desək, yaxmağı sevirlər. Onlara, uşaq üçün nəzərdə tutulan yağ bıçağı ilə tost və ya adi çörəyin üzərinə yağ, pendir və meyvə püresini necə yaxmağı göstərin.

4. Yeməklərin üstünə nəsə qoyun. Uşaqlar bunu çox sevirlər. Bəsləyici, uşaqlara tanış qidaları - qatıq, kəsmik-pendir, tomat sousu, alma sousu və digər ərzaqları onların daha az sevdiyi qidaların üstünə qoymaqla, şıltaq balanızın menyusunu genişləndirə bilərsiniz.

5. İçizdirin. Əgər sizin uşağınız yeməkdən çox içməyi sevirsə, ümidsizliyə qapılmayın. Birlikdə smuzi hazırlayın. Süd (qatıq) və meyvə-tərəvəz, buğda rüşeymi, bal, bəhməz kimi əlavə qidalar çox sağlam yeməklərin əsası ola bilər. Bəs bunları çöplə içmək necə?

6. Doğrayın. Uşağın neçə dəfə yemək yeməsi, sizin o qidanı necə kəsməyinizdən asılıdır. Sendviçləri, fəsəliləri, vafliləri və pizzanı müxtəlif şəkillərdə kəsin.

7. Bağlama edin. Qidanın xarici görünüşü çox vacibdir. Yeni və fərqli bir qida üçün, niyə də uşağınızın oyuncaq qablarından istifadə etməyəsiniz? Yemək məsələsində uşaqlar gözlənilməyən və əcaib şeyləri sevir - plastik ölçü stəkanlarından tutmuş, dondurma qablarına qədər.

Siz həmçinin qidaları kiçildə də bilərsiniz. Qidaları kiçik ölçülərdə təqdim edin və ya mümkündürsə, qidaları kiçik ölçüdə hazırlayın. Məsələn mini çörəklər, kiçik ev piroqları, toyuğun qoldibi və kiçik ev keksləri.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
740 739 721 651 678 663

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.