Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 9-03-2018, 18:59

Bahar Azərbaycana bu saatda gələcək

Bahar Azərbaycana bu saatda gələcək
Bahar Azərbaycana bu saatda gələcək

Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov axsam.az-a açıqlamasında deyib ki, yazın gəlişi martın 20-si saat 20 :15 :30-a təsadüf edəcək.

O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir:

“Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da Bahar fəsli gəlir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1114 1283 1117 1054 1134 1187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.