Möcüzəli Talehim Bölüm 37
Hər kəs xəbəri eşidər-eşitməz Heydərgilin evinə yollanmışdı. Anar hələ də olayın şokundan özünə gələ bilmirdi.Dünən yanında olan, onu bağrına basan anası indi həyatda yox idi..Bir gecənin içində itirmişdilər onu. Səhərə yaxın vəziyyəti pisləşdiyindən Heydər əl-ayağa düşüb həkim çağırmışdı amma 1 saatın içində qadın həyata gözlərini yummuşdu..Bir insan üçün ana itkisi çox ağırdır, sənə həyat verən; böyüdüb boya-başa çatdıran qadını itirməyin acısı heç bir sözlə ifadə edilə bilməz..Çökmüşdü Anar, sanki həyatla bağlantısını kəsmişdi. Bu onun ikinci ən böyük itkisi idi..Medya nümayəndələri və uzaqdan gələn qohum-tanışlar başsağlığı verməyə gəlmişdilər.Heydərdə güclə ayaqda dururdu, neçə il bir yastığa baş qoyduğu ömür-gün yoldaşını itirmişdi. Ayan və Həlimə gələn qonaqları qarşılayır, yas işlərinə yardım edirlər. Xadimələr hər şeyi həll etsələrdə onlar öz üstlərinə düşən son vəzifəni yerinə yetirməyə çalışırdılar.Ayan qəfildən Anarın yoxluğunu hiss edir, onun yanında olmalıydı,dəstək çıxmalıydı. Sevdiyi qadın olaraq acısını paylaşmalıydı. Bayaqdan yanına getmək istəsə də qonaqların əlindən tərpənə bilmirdi.
Ayan"Ana; mən gedim Anara baxım.Onu tək qoymaq istəmirəm"
Həlimə"Get qızım; yoldaşına dəstək çıx"
Anarın harda olduğunu bilməsə do yuxarı çıxaraq otaqları yoxlayır. Yan otaqdan ,aralı qapıdan gələn hıcqırıq səslərini eşidib duruxsayır. Asta addımlarla yaxınlaşaraq içəri nəzər salır.Gördüyü mənzərə ürəyini paramparça edir. Anar Samirənin yastığını qucaqlayaraq qoxusunu içinə çəkib hönkürürdü..Ayan ilk dəfəydi ki,sevdiyi adamı bu qədər aciz vəziyyətdə görürdü. Asta addımlarla ona yaxınlaşıb əlini çiyninə qoyur. Anar nəmli gözləriylə geriyə çevrilib Ayanı gördükdə sanki bir himə bənd imiş kimi ayağa qalxır; ona bəmbərk sarılaraq daha da şiddətli ağlayır.Hal-hazırda ona tək lazım olan şey güvəndiyi birinin, qadınının ağuşu idi..Ayanda onunla birlikdə ağlayıb təsəlli verməyə çalışırdı ancaq nə desədə boşaydı; bilirdi..
Anar"Ayan,anam getdi Ayan"
Ayan"Anar yalvarıram,özünü toparla.Bilirəm ağırdı ancaq güclü olmalısan, anana olan son borcunu yerinə yetirmək üçün "
Anar"Bu-bu mənim ikinci çöküşümdü..Üçüncünü qaldıra bilmərəm anlayırsan?Sən də məni vaxtsız tərk etsən; qoyub getsən ölərəm "
Ayan onun üzünü qavrayıb göz yaşlarını silərək alnını-alnına dayayır ."Heç zamab getməyəcəm!Eşidirsən?Səni heç zaman yalnız buraxmayacam "
Ancaq sən saydığını say; gör fələk nə sayır deyiblər..Ayan güclədə olsa onu otaqdan çıxarıb aşağı düşürür. Rüstəm Heydərin yanında oturub ona təskinlik verirdi. Biraz sonra Sevda və Səlimdə gəlirlər.Səlim Anarı görən kimi üstünə yüyürüb belini sıvazlayır. Hər zamanki kimi yenə dostunu yalnız buraxmamışdı.
Səlim"Başın sağolsun qardaşım. Bilirəm ağır dərddi. Mən də anamı itirmişəm; indidə ana əvəzi qadını itirdim "
Anar"Səlim sənin kimi dosta sahib olmaq üçün hansı yaxşılığı görmüşəm görəsən? Anam səni çox sevirdi, ikinci oğlu kimi görürdü "
Səlim"Bilirəm; o səbəbdən ana əvəzi deyirəm. Güclü olmalısan Anar, ailən üçün, bizim üçün "
Sevda"Allah rəhmət eləsin Anar"
Anar"Sağol Sevda"
Ayan"Sevda sən gəlməzdin gərək; bu halınla nə gərək vardı, biz işləri həll edirdik onsuz"
Sevda"Yox; o nə sözdü. Sizin yanınızda olmalıyam; mənim ailəm sizsiniz "
"Ailəm sizsiniz"deyərkən Rasimgili sildiyini işarə edirdi. Bir tək bacısı Sevinc üçün darıxırdı ancaq gedib görməyə risk etmirdi. Məryəm bir neçə dəfə zəng edib Sevdaya dil töksədə Sevda onunla danışmaq istəmədiyini bildirmişdi.Əslində anasının bir günahı yox idi bilirdi, ancaq əlində deyildi..
Bir qədər sonra ofis işçiləridə başsağlığı verməyə gəlmişdilər. Gülşən xəbəri eşidən kimi "Anarın yanında olmalıyam"deyib cəld Heydərgilə getmişdi. Əslində Samirəyə acımırdı tam əksi Heydər acı çəkir deyə sevinirdi. Düşməni daha da zəifləmişdi qarşısında. Onsuzda onu çökərtmək üçün əlində çox güclü koz var idi,indi onun əldən düşməsi lap işinə gəlirdi. Gülşənin gözündə Samirə ən az Heydər qədər günahkar idi.Hər şey bildiyi halda susmuşdu...Ancaq Anarı düşündükcə pis olurdu. Evə addım atan kimi cəld qaçıb Anarın qolunu sıvazlayır. Ayan onu gördükdə dilinin altında deyinməyə başlayır"yenə gəldidə bu ifritə"
Sevda"Ayan, bu qadınla nə alıb-verə bilmədiyin var? "
Ayan"Sevda, şeytan görsün onun üzünü. Nə dərdim olacaq? sadəcə sifətindən ibnəlik yağır "
Sevda"İbnəlik, bax yas yerindəyəyik güldürmə məni. Qadın maniken kimidi, Anardan qısqandığın üçün deyirsən mənim birdənəcik dostum "
Ayan"Sevda sən də Anar kimi başlama. Mən Anara güvənirəm; nəyini qısqanım? Sadəcə qadını gözüm tutmadı. Ona bax; gör necə sırmaşıb qoluna "
Sevda"Yaxşı, hirslənmə. Elə olsun"
Gülşən "Çox üzüldüm...Bilirəm ağır dərddi. Nə zaman istəsəniz yanınzda olmağa hazıram"
Anar"Sağolun Leyla xanım"
Gülşən "Heydər bəy hardadı? Onada baş sağlığı verim "
Anar"Yan tərəfdədi"
Gülşən yenidən eynəkləri gözünə keçirib həyətə doğru addımlayır. Heydər ağaca söykənib Samirəylə keçirdiyi günləri yad edirdi.
Gülşən "Heydər bəy? "
Heydər geriyə çevrilib onu görüb sakitcə dillənir. "Buyurun Leyla xanım. Xoşgəldiniz demək istərdim amma belə bir gündə"
Gülşən istehzayla gülümsəyib onu başdan-ayağı süzür "Yox, çəkinməyin deyin. Onsuzda xoşgəlmişəm"
Heydər"Anlamadım?"
Gülşən "Anlamayacaq bir şey yoxdu. Kim düşməninin acı çəkdiyini görsə sevinər "
Heydər"Başa düşmürəm..Sən; sən kimsən hə? "
Gülşən "Qışqırma yoxsa oğlun başda olmaqla hər kəs sənin etdiyin rəzillikləri öyrənər"
Heydər "Sən nə haqla mənimlə belə danışırsan? Tez ol kim olduğunu de yoxsa səni öldürərəm"
Gülşən "Qatil olduğunu nə yaxşı boynuna alırsan..Ailəmi öldürdüyün bəs eləmir indidə məni öldürmək istəyirsən? Əclaf!"
Heydər"Gü-Gülşən?Bu sənsən? "
Gülşən "Ta özüyəm! Bundan sonra qorx; sənin əzrayilin olmağa gəlmişəm"
Heydər"Hardan çıxıb gəldin hə? Fahişə! Sənə rəddol bir dəfəlik get deməmişdim "
Gülşən "Kəs səsini murdar! O fahişəliyi sənin ucbatından edirdim mən!Çarəsizlikdən!Ailəmi aldın məndən oda bəs eləmədi. Sevdiyim adamı; həyatımı aldın"
Heydər"Sevdiyin adam hə?Oğlumu intiqam planı üçün məhv etmək istəyən sən deyildin ləçər? Çıx get,ailəmdən uzaq dur. Yoxsa"
Gülşən "Yoxsa nə? Get de içəridəkilərə mənim Leyla yox Gülşən olduğumu.Nə durmusan hə? Getdə. Yoxsa etdiyin cındırlıqları öyrənərlər deyə qorxursan? "
Heydər"Mənə bax"
Gülşən "Əsas sən mənə bax!Keçən gün sənə imzalatdığım sənədlər yadına düşür? Sayəndə şirkətinin 60 faizi mənim öhdəmə düşdü. Öz əllərinlə sonunu gətirdin qoca qurd"
Heydər"Qancıq!Öldürəcəm səni"
Gülşən onun yarıda qalan əlini havada saxlayır "Ağlından belə keçirmə alçaq! Yaxında hər kəs hər şeyi öyrənəcək! Şirkətin kimi Anarda mənim olacaq "
Onun əlini buraxaraq içəri keçib Anargillə sağollaşır.
Anar"Çay içərdiniz ən azından, tez getdiniz"
Gülşən "Narahat olmayın; Heydər bəyədə baş sağlığı verdim gedim artıq. Sağolun"
Heydər isə həyətdəki oturacağa çöküb nə edəcəyini düşündürdü. Artıq etdiyi pisliklərin hesabını vermək vaxtıydı deyəsən..
Ayan çirkli stəkanları yığıb mətbəxə keçirdi ki,içəridən gələn səslərlə ayaq saxlayır.
Rüstəm "Həlimə dəli olmusan? Bunu Ayana deyə bilmərik. Bilsə bizi əsla bağışlamaz"
Həlimə "Yox Rüstəm; daha gizlədə bilmərik. Dünən yanımızda oturub söhbət edən qadın indi həyatda yoxdu. Sabah biz də burda olmaya bilərik. Çox düşündüm, Ayana bunu deməsəm gözlərim açıq gedər"
Rüstəm "Sakit dur eşidər birdən .Onun ailəsi bizik "
Həlimə"Mənəvi ailəsi biz ola bilərik amma gerçək ailəsi həyatdadı bəlkə? Onun bunu bilməyə haqqı var"
"Mənəvi ailəsi? ?"Bu sözlər Ayanıb beynini əsir alır sanki. Padnus əlindən düşərək Həliməgilin diksinməsinə səbəb olur...






