♥Мой Мир♥

♥Мой Мир♥ Şeirlər 10-12-2015, 15:44

Təzadlar

Təzadlar

Nə üçün insanlar bu qədər kinli,
Nə üçün qəlbimiz çirkli,irinli,
Dilimiz gah acı, gah da şirinli,
Bu qədər qəddarlıq kimə g ə rəkdir?!

Mən əla yaşaram,o biri yoxsul,
Biri fəhlə ikən,o biri konsul,
Biri cılız,arıq,o biri gonbul,
Bu qədər təzadlıq nəyə gərəkdir?!

Kiminin oğlu var,kiminin qızı,
kiminin üzü boz,kimin qırmızı,
Biri qızıl satır,biri qarpızı,
Bu qədər fərqlilik kimə gərəkdir?!

biri məhşur alim,biri bisavad,
Bisavad alimə öyrədir savad,
Alimi evdə də danlayır arvad,
nə etsin bu alim pulu pulu yox ikən,
Bisavad əlində dönər tıxırkın?!

Bir xanımın əri tanınmış "pullu"
əri arvadının zahirdə qulu,
Daxildə aldadır xain tək onu,
Hələ onu bilmir arvad da xain,
Olmuşdur bu cütlük gözəli ilin.

Bir uşaq geyinib əlində çanta,
Aparır maşında məktəbə ata,
O biri uşaqsa əlində cında,
Onların maşının silir utancaq,
Əlində olmalıykən qələm,oyuncaq.


Bu dünya fırlanır,fırlanır yenə,
bu dünya hələ çox fırlanacaqdır,
Amma tanıdığım fani dünayda,
Nə düzlük,ədalət olmayacaqdır.

Təzadlar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
865 778 840 730 798 757

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.