_Yene_Tenha_

_Yene_Tenha_ İdman 12-10-2018, 17:45

Avropada ən çox “Real”da oynayırlar – klubların reytinqi

Avropada ən çox “Real”da oynayırlar – klubların reytinqi


CIES futbol təşkilatı Avropada futbolçuların sabit çıxış etdiyi klubların siyahısını dərc edib.

Loading.az-ın təşkilatın saytına istinadən yaydığı xəbərə görə, siyahıda ilk pilləni Madridin “Real” klubu tutur. Futbolçular bu klubda orta hesabla 5,84 il keçirirlər. “Barselona” (5,36) ikinci, “Bavariya” isə (5,26) üçüncüdür.

Ümumilikdə futbolçuların ən sabit çıxış etdiyi böyük beşlik ölkələrinin klubları aşağıda adları qeyd olunanlardır:

1. “Real” – 5,84 il
2. “Barselona” – 5,36 il
3. “Bavariya” – 5,26 il
4. “Atletiko” Madrid – 4,17 il
5. “Tottenhem” – 3,89 il
6. “Atletik” – 3,80 il
7. “Mançester Yunayted” – 3,72 il
8. “Borussiya” Münhenqladbax – 3,48 il
9. “Napoli” – 3,43 il
10. “Bornmut” – 3,37 il

TOP-5 ölkələrindən olmayan sabit klubların ilk üçlüyü:

1. “Viktoriya” (Çexiya) – 4,28 il
2. “Seltik” (Şotlandiya”) – 4,25 il
3. “Şaxtyor” (Ukrayna) – 4,02

TOP-5 ölkələrindən ən qeyri-sabit klubların üçlüyü isə aşağıdakı kimidir:

1. “Parma” – 0.65
2. “Kann” – 0.74
3. “Frosinone” – 0.75

TOP-5 ölkələrindən olmayan qeyri-sabit klubların ilk üçlüyü:

1. “İstra” (Xorvatiya) - 0.15
2. “Lvov” (Ukrayna) – 0.23
3. “Paphos” (Kipr) – 0.32

Qeyd edək ki, bütün siyahılarda 20 klub adı daxil edilib. Qeyri TOP-5 çempionatlarının təmsilçilərinin siyahısında Azərbaycan klubları yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
580 629 527 566 567 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.