Cobsun texnologiyalarla bağlı 5 gerçəkləşmiş proqnozu

Cobsun texnologiyalarla bağlı 5 gerçəkləşmiş proqnozu
Bu gün biz həyatımızı smartfonsuz təsəvvür etmirik. 20 il əvvəl isə hər şey tamam başqa cür idi. Bütün bu vaxt ərzində texnologiya sahəsində elə güclü dəyişiklik oldu ki, dünyanın necə dəyişəcəyini qabaqcadan demək sanki mümkün deyildi. Lakin Stiv Cobs hələ 80-90-cı illərdə texnologiyaların inkişafı ilə bağlı hazırda da reallaşan bir neçə proqnoz səsləndirmişdi.

İnsider.az aşağıda onun həyata keçmiş 5 proqnozunu işıqlandırır:

1. Planşetlərin meydana çıxması


"Apple" "iPad"-i 2010-cu ildə buraxıb, lakin, görünür ki, Cobs belə cihazların yaradılması haqda hələ 1983-cü ildə düşünüb.

1982-ci ildə "International Design Conference" konfransı zamanı Cobsun nitqinin audioyazması mövcuddur. Öz nitqində Cobs istifadəçilərin özlərilə hər yerdə daşıya biləcəyi və onu beş dəqiqəyə istifadə etməyi öyrənəcəyi kitab ölçülü kompüterdən söhbət edir.

2012-ci ildə bu audioyazma elan edildikdə, bir çox ekspertlər bu təsvirə "iPad"-in daha çox uyğun gəldiyini bildirdilər.

2. Səs köməkçiləri haqda proqnoz

"Siri", "Alisa" və ya "Alexa" kimi səs köməkilərinin mehdana çıxmasından qat-qat əvvəl Stiv Cobs belə virtual assistentlərin yaranmasını qabaqcadan xəbər vermişdi.

"Sanki kompüterin içində sizin istəyəcəyinizi qabaqcadan tapan adam oturacaq. O, sizə təkcə kömək etməyəcək, daha çox iri həcmdə məlumatların ötürücüsü olacaq - sanki bu qutunun içində sizin dostunuz otururmuş kimi", - deyə Cobs 1984-cü ildə "Access Magazine"-ə müsahibəsində o bildirmişdi.

Bu gün belə köməkçilər real oldu və onlar praktiki olaraq hər bir smartfonda var. Bu köməkçilər siz onlardan istifadə etdikcə, sizin vərdiş və meylləriniz barədə daha da çox öyrənir.

"Siz onları öyrədəcəksiniz və onlar sizin haqqınızda öyrənəcək", - deyə elə həmin müsahibəsində Cobs bildirmişdi: "Onlar sizin barədə bütün məlumatları saxlayacaq və çox güman, hər cümə sizin nəsə xüsusi bir şey istədiyinizi bilib, yorucu məsələlərdə kömək edə biləcəklər".

3. Bu cihazları 10 yaşdan yuxarı uşaqlar istifadə edəcək

Ən təəccüblüsü bu cür səsli köməkçilərin 10 yaşdan yuxarı uşaqlar tərəfindən istifadə ediləcəyini Cobsun qabaqcadan xəbər verməsidir.

"Influence Central" şirkətinin apardığı 2016-cı ilin araşdırmasına əsasən, uşaqlar öz ilk telefonunu 10,3 yaşında olan zaman əldə edirlər.

Bu həmçinin "Nielsen"-in araşdırması ilə də uyğun gəlir. Bu araşdırma çərçivəsində sorğulanan valideynlərin 45%-nin 10-dan 12 yaşa kimi uşaqlar üçün tarif planı istifadə etdikləri müəyyən edilib.

4. Startaplar korporasiyalarla internet vasitəsilə rəqabət aparacaqlar

Cobs həmçinin 1995-ci ildə internetin startapların iri korporasiyalarla rəqabət apara biləcəkləri vasitə olacağını qabaqcadan xəbər vermişdi. Çünki internet startaplara satış sisteminə investisiya qoymağa deyil, öz məhsullarını birbaşa müştərilərinə satmağa imkan yaradacaq.

"Bu çox həyəcanvericidir, çünki internet iqtisadiyyatımızın geniş qatlarını dağıda və iri şirkətlərə bərabər tutulacaq xırda şirkətlər üçün də bazarda əlçatan yeri yarada bilər", - deyə Cobs öz 1995-ci ilin "Computerworld Information Technology Awards Foundation"-a olan müsahibəsində bildirib.

Bu gün "Casper" kimi startaplar mallarını (bu misalda döşəkləri) müştərilərə birbaşa satırlar. 1996-cı ildə Cobs bu fikri "Wired"-a təkrar edib və bildirib ki, internet şirkətlərə vasitəçisiz keçinməyə imkan verəcək əhəmiyyətli alət olacaq. Bu da 20 il sonra texnoloji startapların əsası oldu. Bununla yanaşı, Cobs xəbərdalıq etdi ki, iri şirkətlər öz biznesi üçün risklərə diqqət yetirmirlər.

5. İnternet və ticarət haqda proqnoz

1996-cı ildə "Wired"-a verdiyi müsahibədə ən vacib proqnozlardan biri internetin hər yerdə olacağı idi. Əlbəttə, bir çoxu bu haqda danışırdı, lakin məhz Cobs hər yerdə olacaq mobil əlaqə dünyasına eyham edən "tonal yığım"-la bağlı fikir səsləndirmişdi.

Bir proqnoz da ticarətin internetin inkişafından əsas bəhrələnən obyektə çevriləcəyi haqdadır. Cobsa internetin inkişafının kimə daha çox xeyir verəcəyi sual edildikdə, o, bunun nəsə satan insanlar olacağını söyləmişdi: "Ticarət. İnsanlara cürbəcür mağazalara getməyə ehtiyac qalmayacaq. Onlar hər şeyi internetdən ala biləcəklər."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
522 598 554 523 516 542

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.