_O.R.X.A.N_

_O.R.X.A.N_ Xəbərlər 24-04-2020, 18:30

Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu - MƏHKƏMƏ

Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu - MƏHKƏMƏ
Bakıda qabaqcadan əlbir olub oğurluq etməkdə təqsirləndirilən Aksana Yusifova, Aysel Bədirova, Tülpan Bukavazin və Əfsanə Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
Loading.Az xəbər verir ki, iş üzrə toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq. 
Qeyd edək ki, hadisə bu ilin yanvarında Nərimanov rayonu ərazisində baş verib. Təqsirləndirilən qadınlar Anar Hüseynovun evindən oğurluq ediblər. Nəticədə, A.Hüseynova beş min manatdan çox ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 409 351 359 383 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.