kolgem

kolgem Hekayələr 20-10-2016, 13:00

O kimdir?

O kimdir?
O kimdir?


Hər yerdə hiss edərsən varlığını...
Sanki,hər yerdə yanınızdaymış kimi sanarsınız,sanki hər an bərabərsinizmiş kimi...
Bəzən varlığını hiss etməzsiniz,amma kədərli anlarınızda o isti qollarını açar sənə,sarılarsan ona,ağlarsan qollarında doya-doya...
Sənin dərdini öz dərdi bilər...bir qolun,ayağın,hətta ürəyin kimi olar bəzən...
Ayrılmaq istəsən də,ayrıla bilməzsən ondan...
Sən o,o sanki sənsən...

Sevindiyində səndən çox sevinc duyar,
Kədərləndiyinizdə ölümü dadar ölmədən öncə...
O ,səninçün fərqlidir bütün insanlardan,
Təbii ki,sən də onunçün..
Aranızdakı sevginin bitməsinə izn verməzsiniz,kimsə poza bilməz münasibətinizi,buna cəsarət belə etməz..
Nə zaman birinə ehtiyacınız olsa,o yanınızda olar...
Daima özəlliklər bəxş edərsiniz bir-birinizə:
O sənə gülməyi öyrədər,sən ona qəh-qəhə çəkməyi,
O sənə ayaq üstə durmağı öyrədər,sən ona gəzməyi,
O sənə yazmağı öyrədər,sən ona oxumağı.....Və beləcə davam edər.
Bax,bunun adına DOST deyərlər...
Həyatda nəyimiz olmasa da,həmişə bir dostumuz olsun İnşAllah...!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
704 733 611 625 650 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.