OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır
Qeyd etmək lazımdır ki, bu prosessor 5G modem ilə təchiz olunur. OnePlus Nord üçün istifadəyə verilmiş OxygenOS 10.5 interfeysinin kodunda təqdim olunmamış bir neçə smartfon modeli qeyd olunub. İnsayderlərin fikirlərinə əsasən BE2025, BE2026, BE2028 və BE2029 kod nömrələri altında yeni Nord modelləri gizlənirlər. Güman olunur ki, daha büdcəli prosessora keçid sayəsində smartfonların qiymətləri aşağı düşəcək. OnePlus şirkəti bu barədə rəsmi bir fikir bildirməyib.(technote.az)







