Hekaye

Bir adam Microsoft şirkətinə iş üçün müraciət edir. Girmək istədiyi iş isə tualet təmizləyicisidir. Şirkətin menecerlərinin biri ilə görüşür və menecer ona tualeti göstərib onu təmizləməsini istəyir (test olaraq). Adam təmizliyir və menecer razı qalır. Hansı gün, saat neçədə işə başlayacağını e-poçtuna göndərəcəyini deyir. Adam kompüterim yoxdur və onagörə də e-poçtum də yoxdur deyir. Menecer bağışlıyın amma e-poçtunuz yoxdursa sizi işə
götürə bilmərəm deyir.Adam çarəsizcə şirkətdən çıxır və "Nə etsəm?" deyə düşünərkən cibindəki 10 dollara 20 kilo albalı almağa qərar verir. Qapı-qapı gəzərək albalıları satır və 2 saat ərzində albalıya verdiyi
pulun iki qatını qazanır. Belə albalı satmaqla çörək pulumu çıxara bilərəm deyir və hər gün səhərdən axşama kimi qapı-qapı gəzib işini görür.İşlədikcə pulu artmağa başlıyır, özünə balaca bir yük maşını alır və satmağa davam edir.Vaxt keçir, artıq bir neçə yük maşını alır.
5 il keçir...
Bu adam hal-hazırda Amerikanın ən böyükləri arasında sayılan bir nəqliyyat şirkətinin sahibidir. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta şirkətinin birinə müraciət edir.Sığorta şirkətində işləyən işçi ondan e-poçt adresini soruşur. Adam e-poçt işlətmədiyini deyir. İşçsi isə deyir: "Maraqlıdır, e-poçtunuz yoxdur və bir holdinqiniz var. Gör indi e- poçtunuz olsaydı neynəyərdiz.." Cavabında adam deyir: "E-poçtum olsaydı indi Microsoft şirkətində tualet təmizləyirdim..."