Hekayə

Uşaq vaxtı maddi vəziyyətimiz yaxşı deyildi. Bir gün atam evə paxlava almışdı. O axşam çayla bərabər gözəl yedik. Səhəri gün mənim məktəbdə Novruz tədbirim var idi. Hamı evdən yemək gətirməli idi. Anam bir qaba 1 dənə paxlava, zeytun, pendir və bəzi şeylər qoydu. Sinifdə hamı yeməkləri qarşısına tökmüşdü: şəkərburalar, paxlavalar, qoğallar, çeşid-çeşid şirniyyatlar... Mən də yeməyimi çıxardım. Sinfin yersiz zarafatları ilə məşhur bir yola getmədiyim oğlan yanımdan keçəndə istehza ilə:
- O paxlavanı siçanlar üçün gətirmisən deyəsən - dedi, güldü.
Uşaqlar gülüşdü. Utandığımdan yerin dibinə girdim. Evə göz yaşları içində girdim və anama qışqırdım:
- Sən necə mənə bir dənə paxlava qoyarsan? Sinifdə uşaqlar o qədər yemək gətirmişdilər. Hamının yanında biabr oldum.
O anda anam küskün şəkildə:
-Paxlavalardan mənim payıma düşən yalnız o idi, oğlum - dedi.
Bütün bədənimdən elektrik keçdi. Özümə nifrət etdim, anama sarılacaq üzüm də qalmamışdı. Bilirəm anam mənə qırılmaz amma mən anama etdiyimin bağışlaması üçün 10 yaşımdan bəri dua edirəm.
....Və o zamandan bu günə paxlava tək yemədiyim şirniyyat oldu.