amon

amon Sevgi 10-02-2017, 18:46

Məni unutma.

Məni unutma.
Məni unutma.Çox şey olacağını sandığım amma heç bir şey olmayacağını bildiyim halda, ağılına gəlmək istəyirəm. Bir mahnının sözündə xatırladığında ola bilər. Bir yazıdan çox sıxılıb, bitirmədiyin bir anda da. Bilmirəm ki, bir yoldaşının haqqımda bəhs etməsi. Bir televiziya proqramı. Amma gəlməliyəm necəsə, izah edə bilirəmmi, anladınmı? Çünki insan beynində yaşadar, beynində öldürər. Beynində öldürdüyün şeyləri, şüuraltında da öldürərsən.

Nə qədər dərinlərə gömsən belə, yerindən çıxartmaq da o qədər çətin olar. İndi anlayırsanmı? Gəlməliyəm çünki, bütün gün "hardadır" deyə düşündüyün birinin səni düşünmədiyini düşünmək, bəzən çox çətindir. Bəzən çox qeyri-mümkün. Bəzən "olmaz artıq" desən də, bəzən böyük ümidlərlə qurduğun; "mütləq gələcək" cümləsi kimi. Bitdiyinə qəti gözlə baxaraq inandığın bir şeyi yenidən başlamaq, qeyri-mümkün görünə bilər.

Çox çətin ola bilər. Hətta istədiyim heç olmaya bilər. Amma, birinin ağılına gəldiyini bilmək, bunu bilərək "Yenə də" ylə başlayan cümlələr qura bilmək, inan bir insanı çox xoşbəxt edər. Elə xoşbəxt edər ki, bunları düşündürmək, bunları yazmaq məcburiyyətində qalmazsan. Buna görə ağılına gəlmək istəyirəm. Buna görə, ağılına gəlsəm əgər, artıq heç çıxmamaq istəyirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 603 621 611 656 595

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.