ice berg

ice berg Sevgi 14-03-2024, 23:00

Bir qadın sev..Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən..

Bir qadın sev..Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən..
🩵Bir qadın sev🩵
Makiyajla bəzənməyi deyil, kitab rəfini kitablarıyla bəzəməyi sevən, qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan.
Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan.
🩵Bir qadın sev🩵
Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, əlləri yarana dəysə məlhəm olan.Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran
🩵Bir qadın sev🩵

Əziz Yaqubzadə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 526 428 409 454 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.