ice berg

ice berg Avto Dünya 25-05-2021, 11:31

Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb

Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb
Yaponiyada hidrogen yanacağı ilə işləyən mühərrikli, ekoloji cəhətdən təmiz yeni növ avtomobil yarışda iştirak edib.

LoaDinG.aZ bildirir ki, "Toyota" şirkəti tərəfindən hazırlanmış həmin avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidrmobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.

Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.

Yarışın iştirakçıları arasında çox az miqdarda karbon qazı yayan hidromobil də yer alıb. Qeyd edilir ki, bu maşının mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.

Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 549 431 517 456 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.