Azərbaycanda 17 və 18 yaşlı nişanlı qızlar eyni anda yoxa çıxdı! Ailələri şokda
Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.
Hazırda onların axtarışları davam etdirilir.







