Abstinent sindromu

Abstinent sindromu - bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya deməkdir.
Dərmanın və ya maddənin yoxluğunda şiddətli böhranlara səbəb ola bilir. Bir və ya bir neçə kimyəvi maddəyə bağlı inkişaf edən dözümlülük nəticəsində bədənə yerləşir və bu maddənin əskikliyində abstinent sindromu ortaya çıxır.
Nümunə olaraq siqaret və eroin verilə bilər. Siqaretə dözümlülük uzun müddətdə inkişaf etsə də, qəbul edilmədikdə ağır abstinent sindromu əlamətləri hiss olunur. Bu vəziyyət bədəndə nikotinik qəbuledici artımı kəsiləndə bəzi fizioloji problemlərə yol açması nəticəsində ortaya çıxır. Bənzər təsir eroində daha ağır görünür.
Abstinent sindromu narkotik vasitədən formalaşmış fiziki asılılığın göstəricisidir. Bu halda daimi narkotik vasitənin olması vacibdir ki, orqanizmin qismən normal funksional qabiliyyətini saxlasın.






