Hz.Meryem
Məryəmin (ə) Quranda və hədis mənbələrində təsvir olunan obrazı, nə onun müqəddəs kitabdakı siması ilə tam üst-üstə düşür, nə də kilsənin təlimlərinə uyğun gəlir. Müsəlmanlar inanırlar ki, Məryəm (ə) İsanın (ə) anası olmazdan öncə ismət, iffət, sədaqət, günahdan paklıq və bəndəlik simvolu idi.
İslam mənbələrində yer alan müxtəlif nəqllər əsasında Məryəmin (ə) həyatından sadə, amma tutarlı və aydın təsəvvür əldə etmək mümkündür:
Məryəm (ə) Allahın peyğəmbərlərindən olan Süleyman peyğəmbərin və onun atası İmran həzrət Musanın nəslindən idi. İmran və həyat yoldaşı Hənna (Anna) uzun illər övlad arzusu ilə yaşayırdılar. Bir gün Allah-taala İmrana vəhy etdi ki, sənə bir oğlan uşağı bəxş edəcəyəm. O, xəstələrə şəfa verəcək və mənim iznimlə ölüləri dirildəcək və Bəni-İsrail övladları arasında mənim elçim olacaqdır. (1) Vədə verilmiş övladın doğulması xəbəri məntəqədə yayıldı və Məsihanın zühurunun intizarı yəhudilərlə düşmənlər arasında baş verən müharibə illərində daha da artdı. Hənna hamilə qalanda Allahın İmrana (ə) etdiyi vəhyinə əsasən arxayın idi ki, daşıdığı övlad vədə olunmuş oğlandır. Ona görə də nəzir etmişdi ki, övladını məbəddə xidmət göstərməsi üçün vəqf etsin. Ananın nəzir etməsi bu mənada ola bilər ki, Hənnanın hamiləlik dövründə həyat yoldaşı İmran (ə) dünyadan getmişdi.
Hənnanın doğuş vaxtı çatanda gözlədiyinin əksinə olaraq uşaq qız idi. O, o vaxta kimi İsanın (ə) təvəllüdü ilə əlaqədar verilən bəşarətin onun vasitəsiz övladında gerçəkləşəcəyi demək olmadığını bilmirdi. Xəbərsiz idi ki, Allah öz qüdrətini İsanın (ə) pak və ailə qurmamış bir qızdan dünyaya gətirməklə göstərməyi iradə etmişdir.