ice berg

ice berg Programlar 24-06-2023, 00:30

"YouTube"da videoları süni zəka dublyaj edəcək

"YouTube"da videoları süni zəka dublyaj edəcək
Youtube rəsmiləri vidseoservis üçün nəzərdə tutulmuş yeni funksiyadan danışıblar.

LoaDinG.aZ xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda qeyd edilib ki, yeni funksiya Youtube-dakı videolara süni zəka tərəfindən öncədən dublyaj edilmiş səsləndirməni əlavə etmək imkanını verəcək. Sözügedən yeni funksiya Google şirkətinin Google Area 120 inkubatorunda olan Aloud adlı layihə tərəfindən reallaşdırılıb. Sözügedən yeni funksiya çərçivəsində süni zəka alqoritmi videodakı danışıqları mətn formatına çevirərək videonun müəllifinə təqdim edəcək.

Müəllif isə öz növbəsində mətn ilə tanış olaraq istəyə uyğun düzəlişləri əlavə edəcək. Daha sonra alqoritm mətni lazım olan dilə tərcümə edəcək və onu səsləndirəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya artıq bir çox Youtube kanalı çərçivəsində test edilir. Hal hazırda yalnız ingilis dilindən ispan və portuqal dillərinə dublyaj aktivdir. Lakin gələcəkdə perspektivli dublyaj dillərinin sayı arta bilər. Süni zəka vasitəsilə hazırlanmış dublyaj öz növbəsində Youtube kanallarına öz istifadəçi kütlələrini artırmaq imkanını verəcək. Bu funksiyanın 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 513 499 389 427 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.