ice berg

ice berg Programlar 17-08-2023, 15:00

"WhatsApp"a birdən çox hesab əlavə etmək funksiyası gəlir

"WhatsApp"a birdən çox hesab əlavə etmək funksiyası gəlir
"WhatsApp" "Android"in beta versiyasına birdən çox hesab əlavə etmək funksiyasını gətirir.

Loading.aZ Trend-ə istinadən bildirir ki, yeni funksiya, həmçinin, müxtəlif hesablar arasında keçidi asanlaşdıracaq.

Söhbətlər və bildirişlər hər bir hesab üçün ayrıca saxlanılacaq. İstifadəçi çıxış etməyi seçənə qədər yeni əlavə edilmiş hesablar cihazda açıq qalacaq. "WhatsApp"ın çoxhesablı funksiyası sayəsində bir telefona iki "WhatsApp" quraşdırmağa ehtiyac qalmayacaq.

Eyni telefonda iki "WhatsApp"dan necə istifadə etmək olar?

1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2) Növbəti ekranda yuxarıdakı profil şəklinin yanındakı ox işarəsini seçin.

3) Daha sonra "hesab əlavə et" xanasını seçin

4) "Hesab əlavə et" xanasının üzərinə toxunun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 458 462 443 449 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.