ice berg

ice berg İdman 21-08-2023, 10:00

Tarixin ən yaxşı qapıçısının adı AÇIQLANDI

Tarixin ən yaxşı qapıçısının adı AÇIQLANDI
Əfsanəvi qapıçı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, o, özü ən yaxşı qapıçının adını açıqlayıb:

“Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma elə deyiləm. Uzunmüddətli fəaliyyətim üçün belə düşünürlər. Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadandır - İker Kasilyas. Avropanın ən böyük klubunda oynayıb və həm klubda, həm də milli komandada bütün nailiyyətləri əldə edib”.

Avqustun 2-də Buffon futboldan getdiyini elan etdi. Canluici Parma Akademiyasının məzunudur. O, 1995-ci ildən 2001-ci ilə kimi bu klubda oynayıb. Sonra "Yuventus"a keçib və orada 17 il forma geyinib. Qapıçının növbəti klubu isə PSJ olub.

İki illik Fransa karyerasından sonra Buffon əvvəlcə “Yuventus”a, oradan isə 2021-ci ildə Parmaya keçdi.

Turin klubunun tərkibində qapıçı 10 dəfə İtaliya çempionu olub, 5 dəfə ölkə kubokunu, 6 dəfə isə Superkuboku qazanıb. 2006-cı ildə Canluici Buffon İtaliya millisi ilə dünya çempionatının qalibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 447 362 375 423 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.