ice berg

ice berg Moda.Dəb 5-09-2023, 18:00

Bu geyimlər qarderobunuzda mütləq olmalıdır

Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Hava temperaturunun getdikcə azalması ilə bir sıra paltarlar qarderoblarda öz yerini tutmağa başlayır. Payızın mülayim sərin havasında daha yaxşı görünmək istəyirsinizsə, qarderobunuzda bəzi parçalar olmalıdır.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, qarderobunuzda payız üçün uyğun və xilaskar parçalar olmalıdır.

Plaş

Hər tərzdən olan insanların kombinasiyalarının bir parçasına çevrilən plaş payızın əvəzolunmaz geyimlərindəndir. Plaşı istədiyiniz geyimlərlə tamamlaya bilərsiniz. Heç vaxt dəbdən düşməyəcəyi üçün uzun illər istifadə edə bilərsiniz.

Çəkmələr

Hündürdaban çəkmələr hər payızın olmazsa olmazları arasındadır. Çəkmələri cins şalvar və ətəklərlə çox rahat geyinə bilərsiniz.

Midi ətək

Midi ətəkləri boş sviter və köynəklərlə geyinərək həm rahat, həm də qəşəng ola bilərsiniz.

Sviter

Payızın bir az sərin havasında sviterlər xilaskar parçalar arasındadır. Soyuq və ya isti rəng tonlarında üstünlük verdiyiniz sviterləri ətək yaxud şalvarınızla birləşdirə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 469 379 376 411 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.