ice berg

ice berg Avto Dünya 10-05-2024, 18:11

“Mercedes” bu avtomobillərin istehsalını davam etdirəcək

“Mercedes” bu avtomobillərin istehsalını davam etdirəcək
“Mercedes” avtomobil istehsalçısı benzin mühərrikli avtomobillərin yaradılmasından əl çəkməmək qərarına gəlib. Bloomberg yazır ki, şirkət 2030-cu ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyə hazır deyil.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, dünyaca məşhur avtomobil markası onlara tələbat olduğu müddətcə ənənəvi avtomobillər istehsal edəcək. Beləliklə, planlaşdırılan yaşıl transformasiya gözləniləndən daha uzun çəkə bilər. Bu qərar premium elektrik modellərinə, xüsusən də EQS və EQE-yə tələbin azalması ilə əlaqədardır.

Avtomobil bazarında planlarını dəyişən yeganə şirkət “Mercedes” deyil. Bu yaxınlarda “Cadillac” da onilliyin sonuna qədər benzin mühərriklərindən imtina etməyə hazır olmadığını açıqlayıb. Səbəb də eynidir - elektromobillərə tələbatın azalması.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 314 305 269 283 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.