ice berg

ice berg Avto Dünya 27-05-2024, 13:00

Piyadaları daha çox hansı avtomobillər öldürür? - Elektromobillər, yoxsa...

Piyadaları daha çox hansı avtomobillər öldürür? - Elektromobillər, yoxsa...
Elektrik avtomobilləri benzin və ya dizellə işləyən avtomobillərdən iki dəfə çox piyadaları vurur.

Loading.aZ publika.az-a istinadən xəbər verir ki, bu barədə BMJ jurnalında dərc edilən araşdırmada deyilir.

Mütəxəssislərin fikrincə, elektrik və ya hibrid avtomobillərin eyni məsafədə olan benzin və ya dizellə işləyən avtomobillərlə müqayisədə ətrafdakı şəxsi vurma ehtimalı iki dəfə çoxdur.

Tədqiqatda yol təhlükəsizliyi məlumatlarından istifadə etməklə 2013-2017-ci illər arasında Böyük Britaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı təhlil edilib və müxtəlif növ nəqliyyat vasitələrinin vurması nəticəsində xəsarət alan piyadaların sayı hesablanıb.

Mütəxəssislər müəyyən ediblər ki, hər 100 milyon mil məsafə üçün elektrik və ya hibrid avtomobilləri orta hesabla 5,16, benzin və dizellə işləyən avtomobillər isə 2,4 nəfəri vurublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 341 336 336 265 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.