cabir

cabir Xəbərlər 31-08-2024, 12:30

"Rəsmi İrəvan Bakıdan fərqli olaraq Moskvanın moderatorluğuna yol vermək istəmir" - Politoloq

"Rəsmi İrəvan Bakıdan fərqli olaraq Moskvanın moderatorluğuna yol vermək istəmir" - Politoloq
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Politoloq Elşən Manafov Sun.az -a bildirib ki, bu hadisə hüquqi və texniki səciyyə təşkil edən razılıqdır. Lakin çərçivə və ya sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və müqavilənin imzalanması üçün siyasi qərar və ya iradə lazımdir:

"Münaqişə tərəfləri arasında dövlət sərhədlərinin denansifikasiyası ilə məşğul olacaq komissiyaların birgə fəaliyyətinin tənzimlənməsi üçün əsasnamənin nəhayət ki,təsdiq edilməsi denansifikasiya problemlərinin həllini sürətləndirə biləcək hüquqi sənəddir. Texniki və hüquqi mahiyyət kəsb edən problemlərin nizama salınmasında bu hadisə hüquqi və texniki səciyyə təşkil edən razılıqdır. Lakin çərçivə və ya sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və müqavilənin imzalanması üçün siyasi qərar və ya iradə lazımdir.Ermənistan hakimiyyəti satellit mahiyyət kəsb etdiyindən müstəqil qərar qəbul etmək iqtidarında deyil. Rəsmi İrəvan Moskva razılaşmasının şərtlərini yerinə yetirməkdən rəsmən imtina etməsə də,məlum müqavilənin şərtlərinin icrasından bir tərəfli şəkildə boyun qaçırır və bu zaman onun siyasi mövqeyinə Qərbdəki havadarlarının ciddi şəkildə təsir etdiyi birmənalıdır.Rəsmi İrəvan Bakıdan fərqli olaraq danışıqlarda Moskvanın moderatorluğuna yol vermək istəmir. Bu isə Qərbin Moskvanı danışıqlardan kənarda saxlamaq,tərəflər arasında danışıqlarda təşəbbüsü ələ almaq,kommunikasiya və dəhlizlərlə bağlı məsələlərdə ABŞ maraqlarına cavab verəcək şəraitin ərsəyə gəlməsinə nail olmaqdan irəli gəlir.Qərb Ermənistandakı satellit hakimiyyət vasitəsilə bölgədəki geosiyasi konfiqurasiyanı dəyişmək istəyir.Rəsmi İrəvan danışıqlara hazır olduğunu bildirir,lakin Avropa İttifaqının ilk baxışda mülki səciyyə təşkil edən müşahidəçiləri vasitəsilə Rusiya,Azərbaycan və İran əlehyinə kəşfiyyat materialları toplayır,Avropa Birliyi,Fransa və ABŞ,habelə Hindistan vasitəsilə sürətlə silahlanma kursunu həyata keçirir,eskalasiyanın artmasına yönəli siyasət həyata keçirir. Bunların konteksində komissiyaların birgə fəaliyyəti barədə əsasnamənin təsdiq edilməsi siyasi məzmun və əhəmiyyət kəsb etmir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 251 238 277 252 254

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.