Hazal Kaya əməliyyat edildi
Türkiyənin məşhur aktrisası Hazal Kaya bir müddətdir əziyyət çəkdiyi disk yırtığından əməliyyat olunub. Sun.Az türk mediasına istinadən xəbər verir ki, iki uşaq anası Hazal Kaya uzun müddətdir mübarizə apardığı disk yırtığı probleminə çarə tapmaq üçün əməliyyat olunmağa qərar verib. Aktrisa şəxsi sosial media səhifəsində "Ümid edirəm ki, nəhayət ağrısız bir həyat yaşayacağam" sözlərini qeyd edib.






