ice berg

ice berg Programlar 10-04-2025, 20:00

"WhatsApp”da yenilik

"WhatsApp”da yenilik

"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirəcək. Loading.aZ xəbər verir ki, bunun üçün "söhbət məxfiliyi" təkmilləşdiriləcək. Bununla bir istifadəçinin digərinin söhbətlərini qeyd etməsi və ya göndərməsi prosesinə mane yaradılacaq. Yenilik istifadəçilərə mesajları üzərində daha çox nəzarət etmək imkanı verir. İstifadəçi bu funksiyanı aktivləşdirərsə, foto və video kimi media faylların avtomatik olaraq başqalarının cihaz qalereyasında saxlanılmasına son qoyulacaq. Həmçinin, istifadəçilərin bütün söhbətlərinin kopyalanaraq başqa yerə göndərilməsinin də qarşısı alınacaq. Bu tədbirlər istifadəçilərin şəxsi söhbətlərinin digər şəxslər tərəfindən icazəsiz qeydə alınmasını və ya paylaşılmasını mümkünsüz hala gətirəcək.

 

Qeyd edək ki, bəhs edilən funskiya artıq "WhatsApp"ın beta versiyasında istifadəyə verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 238 218 239 218 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.