ice berg

ice berg Dəri və saç 7-06-2025, 07:00

Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir

Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir

Saçlarınızı çox isti su ilə yumaq təkcə onların strukturuna deyil, dərinizin sağlamlığına da mənfi təsir göstərə bilər. Məşhur stilist və saç baxımı mütəxəssisi Rossano Ferretti bu barədə xəbərdarlıq edib və saç yuma zamanı istifadə olunmalı ideal su temperaturunu açıqlayıb.

 

Loading.aZ xəbər verir ki, çox isti su saçın təbii qoruyucu qatını zədələyir, saç uclarının qırılmasına və parlaqlığını itirməsinə səbəb olur. Eyni zamanda, aparılan araşdırmalar göstərir ki, isti duş qan təzyiqinin yüksəlməsinə, dərinin təbii nəmliliyinin azalmasına və bunun nəticəsində dəri quruluğu, qaşınma, ekzema və sədəf kimi problemlərin kəskinləşməsinə yol aça bilər.

 

Mütəxəssis saçların yuyulması üçün ideal su temperaturunun 37-40°C arasında olduğunu vurğulayıb. Bu temperatur bədən istiliyinə yaxın olub, saç dərisinə zərər vermədən təmizlənməni təmin edir.

 

Ferretti həmçinin duşdan sonra saçların sərin su ilə yaxalanmasını tövsiyə edir. Bu üsul saç kütikulasını bağlayaraq nəmliyi qorumağa, saçın daha parlaq və sağlam görünməsinə kömək edir.  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
237 247 237 216 211 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.