HASANLY

HASANLY İdman 12-08-2025, 11:44

UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə üz-üzə

UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə üz-üzə

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün doğma meydanda "Şkendiya"nı qəbul edəcək.

Loading.Az xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xatırladaq ki, görüşün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Ludoqorets" cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki cütün məğlubu isə UEFA Avropa Liqasının pley-off mərhələsində, Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ"la "Şkendiya" arasında keçirilən ilk görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

12 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Saat 20:00, "Qarabağ" - "Şkendiya".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 222 257 237 214 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.