ice berg

ice berg Heyvanlar aləmi 31-08-2025, 14:00

Pişiklər niyə meyvələri sevmirlər?

Pişiklər niyə meyvələri sevmirlər?

Pişiklərin meyvəyə laqeydliyi çox vaxt insanların diqqətini çəkir. Bəs, niyə pişiklər insanlar üçün faydalı olan meyvələri sevmirlər?

 

Loading.aZ xəbər verir ki, pişiklər təbiətcə sırf ətyeyəndirlər və onların dad hissi insanlardan tamamilə fərqlidir.

 

Onlar şəkərin dadını hiss edə bilmədiklərinə görə meyvələr onlara cəlbedici görünmür.


Bundan əlavə, bəzi meyvələr pişiklər üçün zərərli ola və həzm problemlərinə səbəb ola bilər.

 

Məsələn, üzüm və kişmiş böyrəklərdə problem yarada bilər, sitrus meyvələri isə mədə narahatlığına səbəb ola bilər. Alma, albalı və ərik toxumlarında isə onlar üçün zəhərli maddələr var.

 

Pişiklər üçün təhlükəsiz olan bir neçə meyvəyə banan və qovun daxildir, lakin bunlar çox nadir hallarda və ölçülü şəkildə onlara verilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 235 168 200 182 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.