ice berg

ice berg Programlar 11-09-2025, 14:00

İnstaqram “reels” videoları ilə bağlı yenilik etdi

İnstaqram “reels” videoları ilə bağlı yenilik etdi


İnstaqram kontent müəlliflərinin bir neçə “reels” videosunu ardıcıl şəkildə birləşdirə bilməsinə imkan verən yeni funksiyanı istifadəyə verib.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, yeni xüsusiyyət həm məzmun hazırlayanlar, həm də izləyicilər üçün prosesi daha rahat edir. 

 

Artıq izləyicilər videonun davamını tapmaq üçün axtarış etmədən və ya əlavə sürüşdürmədən, videonun sol alt küncündə yerləşən düymə vasitəsilə növbəti videoya keçid edə biləcəklər.

 

İstifadəçilər isə bu funksiyanı “reels” paylaşarkən altyazı bölməsindən və ya öncədən paylaşılan videonun menyusundan aktivləşdirə bilərlər.

 

Bu yenilik yalnız hekayə paylaşımı üçün deyil, həm də oxşar mövzulu videoların qruplaşdırılması baxımından əlverişli hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
243 202 200 226 183 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.