ice berg

ice berg İslam Dini 9-01-2026, 17:00

Kəbənin “Allah evi” adlandırılmasının dini mənbələrdə əsası varmı?

Kəbənin “Allah evi” adlandırılmasının dini mənbələrdə əsası varmı?

Dini mənbələrdə “Beytullah”, yəni “Allahın evi” ifadəsinə tez-tez rast gəlirik. Dini terminologiyada Məkkə şəhərindəki müqəddəs Kəbə evi bu cür adlandırılır. Bu söz hərfi mənada deyil, məcazi mənada qəbul edilir. Allah cism olmadığı üçün məkana sığışmaz və Onun evə ehtiyacı yoxdur. Lakin Kəbə sırf Allaha ibadət məqsədi ilə ziyarət edildiyi üçün Allah buranı Özünə məxsus edib və Öz evi adlandırıb. Bunun sübutu həm Quranda, həm də hədislərdə mövcuddur. Hədislərin sayı çox olduğu üçün burada yalnız Qurandan sübut verməklə kifayətlənirik. Qurani-Kərimdə buyurulur: “İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik” (Bəqərə, 125). “Beytullah” irfani mənada möminin qəlbi kimi təsəvvür edilir, çünki möminin qəlbi də Allahın məkanıdır. Möminin qəlbini sındırmaq Kəbəni dağıtmaq qədər, hətta ondan daha artıq dərəcədə günahdır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 222 218 231 260 246

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.