cabir

cabir Video, Klip 17-03-2026, 18:50

¼ mərhələnin son iştirakçısı o oldu - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda son ¼ finalçı da məlum olub.     Sun.Az xəbər verir ki, 1/8 mərhələnin son görüşündə Valeh Musayev və Elxan Lətifov üz-üzə gəliblər.                 

Cavab görüşünə çıxan söz üstadları maraqlı meyxana ilə izləyiciləri televiziya qarşısına toplaya biliblər.

Belə ki, səfərdə də rəqibi ilə "söz davasına" çıxan Valeh Musayev, doğma meydanda da rəqibini üstələməyi bacarıb.

Gərgin keçən görüşdə Elxan Lətifov rəqibinə məğlub olaraq yarışmanı tərk edib. Valeh Musayev isə adını son 8 yarışmaçı arasına yazdırıb.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə" meyxana yarışmasında ¼ mərhələnin ilk görüşü baş tutacaq. Vüqar Şiriyev dogma meydanda Kərim Kərimovu qəbul edəcək.        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 187 203 197 178 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.