ice berg

ice berg Avto Dünya 25-03-2026, 18:00

"Volkswagen" 100 min elektromobili geri çağırır

"Volkswagen" 100 min elektromobili geri çağırır

"Volkswagen" avtomobil konserni təxminən 100 min ədəd elektromobili geri çağırır.

 

Loading.aZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayıb.

 

Geri çağırılmanın səbəbi akkumulyator modullarında aşkar edilən problemlərdir. Bildirilir ki, bu komponentlər texniki tələblərə cavab vermir və nəticədə avtomobillərin yürüş ehtiyatının azalmasına səbəb ola bilər. Bundan əlavə, yanğın riski də mövcuddur.

 

Məlumata görə, tədbir əsasən təxminən 75 min "Volkswagen ID." modelini, eləcə də 20 minə yaxın "Cupra Born" avtomobilini əhatə edir. Söhbət 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş nəqliyyat vasitələrindən gedir.

 

Şirkət bu avtomobillərdə proqram təminatını yeniləyəcək, yüksək gərginlikli batareyaları yoxlayacaq və zərurət yarandığı halda ayrı-ayrı akkumulyator modullarını dəyişdirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 167 139 132 137 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.